USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya NATO-ya xəbərdarlıq etdi

28.12.2020 İqtisadiyyat
0 0
“NATO-ya məxsus aviasiya və dəniz qüvvələrinin aktivliyinin artması ciddi insidentlərə səbəb ola bilər”.

"Kommersant.az" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

Onun sözlərinə görə, cari ilin avqust və sentyabr aylarında Rusiya sərhədləri yaxınlığında Amerikaya məxsus strateji bombardmançı B-52H və B-1B-nin 15-dən çox uçuşu qeydə alınıb, 13 oktyabrda Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin "Dragon" esminesi Xersones burnu istiqamətində Rusiya sularına daxil olaraq keçid edib, 24 noyabrda isə ABŞ-ın "Con Makkeyn" esminesi Böyük Pyotr körfəzinə daxil olub.

"Bu hərəkətlər açıq şəkildə təxribat xarakteri daşıyırdı. Hadisələrin qarşısı yalnız rus pilotlarının və dənizçilərinin yüksək səviyyədə hazırlığı sayəsində alındı. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Bundestaqda "Rusiya ilə güc dili ilə danışmaq lazımdır" ifadəsini düşünməməyi tövsiyə edirik

Güc təhdidi birbaşa BMT Nizamnaməsinin pozulmasıdır, bu cür hərəkətlər tərəfimizdən lazımi qaydada cavablandırılacaq. Lakin, biz hər zaman ən çətin problemlərin danışıqlar masasında həll edilməli olduğunu düşünürük".

  • Əvvəlki

    Telefon danışığınızı kim dinləyir? - Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0