USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Faizsiz təhsil kreditləri hansı tələbələrə veriləcək? - Ekspert

22.01.2021 İqtisadiyyat
0 0
"Faizsiz kreditlərdən ancaq aztəminatlı ailələrdən olan tələbələr faydalana bilər”.

Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin "Təhsil kreditlərinin iki istiqamətdə olmasını düşünürük" fikirinə aydınlıq gətirərkən deyib. Ekspert qeyd edib ki, ikinci istiqamət üzrə nəzərdə tutulan kreditlərdə tələbələr faiz ödəmyəcək:

"Birinci istiqamət 4-8 faizlə verilən kreditlərdir. Onu banklar verir. İkinci istiqamətdə isə krediti Gənclər Fondu və digər fondlar hesabına verirlər. İkinci verilən kreditlərdə hər hansı faiz ödənilmir. Birinci istiqamətdə, yəni, faizli kredit müraciət edən hər bir tələbəyə veriləcək. Amma ikinci istiqamətdə faizsiz kreditlər nəzərdə tutulur ki, bundan ancaq aztəminatlı ailələrdən olan tələblər istifadə edəcəklər".

Qeyd edək ki, Azərbaycanda tələbələrə faizsiz təhsil krediti veriləcək. Bu barədə Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib. Nazir "Təhsil kreditlərinin iki istiqamətdə olmasını düşünürük - onlardan biri sosial kreditlərdir. Həmin kreditlər isə faizsiz olacaq", -deyə bildirib.

Qaynarinfo

  • Əvvəlki

    Mitinqlər Putinin devirilməsinə gətirib cıxarmayacaq, amma... - Politoloq

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0