USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Politoloq Təhsil Nazirliyinə etiraz etdi: “Niyə maraqlanmamısınız?”

16.02.2021 İqtisadiyyat
0 0
Politoloq Elxan Şahinoğlu məktəblərdə istilik sisteminin bərpa edilməməsinə etiraz edib.

"Kommersant.az"ın xəbərinə görə, E.Şahinoğlu bildirib ki, qızı məktəbdə soyuqlayıb.

"Qızım yenidən məktəbə gedəcəyi günə sevinirdi. Bu gün gedib məktəbə və soyuqlayıb geri dönüb. Təhsil Nazirliyinə müraciət edirəm, 1 ilə yaxındır məktəblər bağlıdır, kifayət qədər zamanınız olub, niyə məktəbləri açmağa hazırlaşdığınız günlərdə istiliyin verilib-verilməməsiylə maraqlanmamısınız?" – o bildirib.