USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son 2 həftədə bölgələrə turist səfərlərinin sayı kəskin artıb

18.02.2021 İqtisadiyyat
0 0
Son 2 həftədə ölkənin müxtəlif bölgələrinə edilən turist səfərlərinin sayı kəskin artıb.

"Kommersant.az" xəbər verir ki, bunu turizm üzrə ekspert Fariz Hacıyev deyib.

Onun sözlərinə görə, rayon və şəhərlərarası gediş-gəlişin bərpa olunduğu tarixdən - 25 yanvardan etibarən bölgələrə edilən səfərlərin sayı yüksələn templə artır. Əsasən həftəsonları səyahətlər çoxalıb.

Ekspert qeyd edib ki, hotellərə müraciətlərin əksəriyyəti həftə sonu - şənbə və bazar günlərində olur. Səfərlərin böyük qismi Şamaxı-Qəbələ, Quba-Qusar rayonlarına edilir:

"Bu bölgələrdəki 5 ulduzlu hotellərdə həftəsonu demək olar ki, yerlər məhduddur. Həmin hotellərin qiymətləri ötən illərə nisbətdə stabil qalıb. Bəzi hotellərdə isə 10-15% ucuzlaşma müşahidə edilir".

F.Hacıyev əlavə edib ki, hotel sifarişlərindən əlavə turistik rayonlardakı günlük kirayə evlərin qiymətində də kəskin artım müşahidə olunur:

"2020-ci ilin mart ayından sonra daxili turizmdə ilk dəfədir ki, bu qədər canlanma yaranıb. Turizm sahəsindəki bu müsbət dinamikanın yüksələn temp ilə mart ayında da davam edəcəyi istisna olunmur. Ümumiyyətlə, hazırda turizm sənayemizin ən aktiv qolu daxili turizmdir. Getmə və gəlmə turizmin tamamilə dayanması nəticəsində bütün diqqətlər daxili turizmə yönəlib".

Trend

  • Əvvəlki

    Rektor 1 milyona ev - 440 min manata cip aldı

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0