USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SpaceX bazar dəyərini yüksəldib

22.02.2021 İqtisadiyyat
0 0
SpaceX şirkəti səhmlərin satılması sayəsində 850 milyon dollar investisiya cəlb edib. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən bunun sayəsində şirkətin bazar dəyəri 74 milyard dollara yüksəlib. Hələ keçən ilin avqust ayında investorlar SpaceX-in bazar dəyərini 46 milyard dollar qiymətləndirmişdilər. Məlumata əsasən şirkət həmçinin 6 milyard dollar dəyərində investisiyanın edilməsi təklifini də alıb.

Bununla yanaşı SpaceX şirkəti bildirib ki, 3 ay ərzində Starlink peyk interneti layihəsinin istifadəçi sayı 10.000 insan təşkil edib. Şirkət əlavə edib ki, o artıq Yer kürəsinin orbitində 1000 ədəd peyk yerləşdirib. Minimal şəbəkə əhatəsinin yaradılması üçün isə 360 ədəd peyk lazımdır. Bu ayın əvvəlində Elon Musk bildirmişdi ki, yaxşı pul axını halında Starlink birjaya çıxa bilər. Bu üsul ilə Starlink-in ayrıca şirkətə çevrilməsi potensialı daha böyükdür.

  • Əvvəlki

    Qiymətlər kəskin artdı: 350 manatdan 800 manata...

Digər xəbərlər