USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə qazın limiti məsələsi qaldırıldı: Artırılsın

23.02.2021 İqtisadiyyat
0 0
“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: "Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm".

  • Əvvəlki

    Ramiz Mehdiyev AMEA-nın 500 əməkdaşına verilmiş bağ sahələrinin geri alınması barədə göstəriş verib

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0