USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu kəndlə bağlı qərar verildi

23.02.2021 İqtisadiyyat
0 0
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

"Kommersant.az"ın məlumatına görə, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Bununla əlaqədar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda da analoji dəyişiklik edilib. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

  • Əvvəlki

    Bakıda qarlı havaya hazırlıq: Qərargah yaradıldı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0