USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Restoranlarla bağlı deputatdan təklif - İş rejimi iki hissəyə bölünsün

23.02.2021 İqtisadiyyat
0 0
Azərbaycanda restoranlarda iş rejiminin iki hissəyə bölünməsi ölkədə 400 minə yaxın yeni iş yerinin yaranmasına səbəb ola bilər.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda restoranlarda, kafelərdə iş rejimi səhər saat 10-dan axşam saat 12-yə qədər davam edir və eyni adamlar çalışır. S.Möhbalıyev vurğulayıb ki, həmin iş rejimləri iki hissəyə bölünsə, yeni iş yerləri yarana bilər.