USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil nazirinə yeni müavin təyin edilib

28.06.2018 İqtisadiyyat
0 0
Təhsil nazirinə yeni müavin təyin edilib.

"Kommersant"ın xəbərinə görə, müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub.

Qeyd edək ki, M. Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə "XXI əsr" Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasınınəməkdar müəllimi" fəxri adına layiq görülüb.

Psixologiya üzrə fəlsəfə doktorudur.

2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib.

Təhsil naziri 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

  • Əvvəlki

    Qaxda avtomobil qəzasında iki nəfər xəsarət alıb

Digər xəbərlər

04.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0