USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qaxda avtomobil qəzasında iki nəfər xəsarət alıb

28.06.2018 Hadisə
0 0
Qax şəhərində baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

"Kommersant"ın APA-nın Şəki-Zaqatala bürosuna istinadən məlumatına görə, bu gün günorta saat 14 radələrində Balakən rayonu Hənifə kənd sakini, 1992-ci il təvəllüdlü Namiq Kamandar oğlu Hacıxanov idarə etdiyi “VAZ 21064” markalı minik avtomobili ilə Qax şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını işıq dirəyinə vurub. Qəzadan sonra sürücü Namiq Hacıxanov və avtomobildə sərnişin qismində olan həmyerlisi 1988-ci il təvəllüdlü Əmir Musahacı oğlu Şeyixov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya bildirlib ki, yaralılardan Namiq Hacıxanova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər yaralı Əmir Şeyixovun xəsarətləri yüngül olduğundan ona xəstəxananın cərrahiyə şöbəsində lazımi tibbi yardım göstərilib, axşam saatlarında ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.