Son zamanlar ölkəyə çoxlu sayda turistlər gəlir. Ona görə də ölkənin turizm zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mövsümi xarakter daşıyan istirahət zonalarında insanların kütləvi qidalanması olur:
"Ölkəmizə çoxlu əcnəbi turistlər gəlir. Həmdə yerli turistlər ölkə daxilində istirahət edirlər. Mövsümi xarakter daşıyan istirahət zonalarında insanların kütləvi qidalanması olur. Buna görə də gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq".