"Bakı-Pivə"nin xalis mənfəəti cüzi artıb

"Kommersant" ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-c ildə 488 min 538 manat olmuş əsas əməliyyat gəliri 2017-ci ildə 488 min 746 manat təşkil edib. Sair əməliyat gəliri və 2016-cı il üzrə düzəliş hesabına şirkətin ümumi əməliyyat gəliri 631 min 745 manata yüksəlib. Əməliyyat xərcləri çıxıldıqdan sonra ASC-nin 499 min 933 manat mənfəəti yaranıb. Mənfəətdən 99 min 987 manat mənfəət vergisi ödənilib.
31 Dekabr 2017-ci il tarixində "Bakı-Pivə" ASC 2 milyon 391 min manat cəmi aktivlərə, 1 milyon 717 min manat cəmi kapitala və 674 min 149 manat cəmi öhdəliklərə malik olub.
"Bakı-Pivə" ASC 2016-cı ilin sonunda 2 milyon 139 min manat cəmi öhdəliklərə, 1 milyon 745 min manat cəmi kapitala və 394 min manat cəmi öhdəliklərə malik idi. ASC-nin aktivlərinin artmasının səbəbi debitor borcların 1 milyon 709 min manatdan 1 milyon 960 min manata qalxmasıdır. "Bakı-Pivə"nin qısamüddətli öhdəlikləri də artıb.
Keçmiş Xırdalan Pivə Zavodu olan "Bakı-Pivə" ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin ( əvvəlki "Baltika Bakı" MMC) icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən "Carlsberg Group"a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi "Carlsberg Group" şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.
Digər xəbərlər

Moody's xəbərdarlığı: Şəxsi kredit fondlarına artan tələb sistemli risk yarada bilər
