USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yollarda sıxlıq var - SİYAHI

21.06.2022 İqtisadiyyat
0 0
Hazırda Bakının əsas avtomobil yollarında hərkət sıxlığı ilə bağlı vəziyyət açqılanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas yolda sıxlıq

3. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən Koroğlu metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq

5. Tbilisi prospektində, 20 yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq

6. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq

7. Aeroport şossesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

8. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.