USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft yenidən bahalaşır

21.06.2022 İqtisadiyyat
0 0
Dünya birjalarında neftin qiyməti yenidən 1% bahalaşmaqla öncəki həftədəki itkilərinin bir hissəsini bərpa edir. Çünki, hələ də tədarüklə bağlı birjalar narahat qalmaqda davam edirlər.

Kommersant.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri bazar ertəsi Bakı vaxtı ilə 08:00-da 1.08 dollar və ya təxminən 1% bahalaşaraq bir bareli 115.21 dollar olub, əlavə olaraq dünən də 0.9% bahalaşıb. Brent keçən həftə 7.3% ucuzlaşmışdı.

Çərşənbə axşamı günü başa çatan ABŞ Qərbi Texas (WTI) xam neftinin iyul ayı fyuçersləri cümə gününün bağlanışından 2.45 dollar və ya 2.2% artaraq 112.01 dollar/barelə yüksəlib. Ötən gün ABŞ-da dövlət tətili idi. WTI keçən həftə 9.2% ucuzlaşma yaşayıb.

Avqust ayı üçün daha aktiv olan WTI fyuçersini 2.12 dollar artaraq barreli 110.11 dollar olub.

Bildirək ki, ABŞ-da ressesiya olacağı və bunun fonunda yanacağa tələbin azaldılması ilə neftin qiymətləri ötən həftə ucuzlaşdı. İndi isə qiymətlər bir qədər əvvəlkinə doğru irəliləyir.

Təchizatla bağlı narahatlıqlar bazarda “hərarəti” artırır. Səbəb isə Qərbin Rusiya neftinə qarşı sanksiyaları və Rusiya ixracının hasilat üçün lazım olan avadanlıqlara tətbiq edilən sanksiyalara görə yaranan bir çox suallardır.

İndi yenidən gözlər ABŞ-ın bu həftə çıxacaq neft anbarlarındakı vəziyyətə yönəlib.