OPEC Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarını yenidən qiymətləndirib

29.06.2022 İqtisadiyyat
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirilməsini dəyişməyib.

2021-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel (təqribən 1 mlrd. ton) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisinə bərabərdir.

Bülletenə əsasən, ötən ilin nəticələrinə görə, qlobal təsdiq edilmiş neft ehtiyatları 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0.02% azalaraq 1.545 trilyon barel təşkil edib.

Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının əsas payı Xəzər dənizində yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun payına düşür. AÇG layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25.00%, MOL – 9.57%, “Inpex” – 9.31%, “Equinor” (keçmiş “Statoil”) – 7.27%, “ExxonMobil” – 6.79%, TPAO – 5.73%, “Itochu” – 3.65% və “ONGC Videsh Ltd.” (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

  • Əvvəlki

    ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

Digər xəbərlər