USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirləri ilə görüşəcək

27.09.2022 İqtisadiyyat
0 0
Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə təşkilat çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

  • Əvvəlki

    Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb

Digər xəbərlər