ƏDV ləğv edilir?

05.10.2022 İqtisadiyyat
“Ərzaq ƏDV-sinin ləğvindan az təminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda 200 manat ərzağa pul xərcləyən kasib 36 manat (18%) qabağa düşəcəksə, ayda 1000 manat xərcləyən 180 manat qabağa düşəcək. Başqa sözlə ƏDV-nin ləğvinə görə büdcəyə daxil olmayacaq vəsaitlərdən imkanlı ailələr daha çox faydalanacaq. Loru ifadə etsək, büdcədən kənar qalan 100 manatdan 20-30 manat kasıb qabağa düşəndə 70 manat varlı qabağa düşəcək”.

Bunu ekspert Eldəniz Əmirov bildirib.

E.Əmirov təklif edib ki, ƏDV-ni ləğv etmək əvəzinə daxil olan həmin 100 manatın 50 manatını büdcəyə daxil etmək, digər 50 manatını isə az təminatlı ailələrə yönəltmək olar: “Belə olanda, həm az təminatlı insanlar əvvəlkindən daha çox dəstək almış olur, həm də büdcə yararlanmış olur. Digər bir ən vacib məsələ isə ƏDV-dən azad edilmiş məhsulların uzağı 2-3 ay sonra yenidən bahalaşdırılmaq ehtimalıdır. Yəni, 11 manat 80 qəpiklik bitki yağı ƏDV-dən azad edilib 10 manat olsa, qısa zamanda onun qiymətini inhisarçılar 2-3 aya qəpik-qəpik qaldırıb onsuz da ƏDV-li qiymətə çatdıracaqlar. Ad olacaq ki, ƏDV yoxdur, əslində ƏDV-li qiymətlə eyniləşəcək. Hələ bu çatışmazlığın hamısı deyil, 1 il sonra isə ƏDV-nin bərpa olunması qərarı veriləndə qalxmış qiymətə 18% əlavə olunanda, real ifadədə 36% ƏDV effekti yaranacaq. Odur ki, ƏDV-ni ləğv etmək yox, ondan əldə edilmiş vəsaitin yarısını dəstəyə ehtiyacə olan ailələlərə yönəltmək üçün bir mexanizm hazırlanmalıdır”.