USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu pensiyaçıların pensiyaları artırılıb

05.10.2022 İqtisadiyyat
0 0
2022-ci ilin 9 ayında yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata əsasən, həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.