Dünya Çepionatı dünya iqtisadiyyatına nə qazandıracaq?

04.07.2018 İqtisadiyyat
Rusiyada çempionatdan sonra rublun vəziyyəti necə olacaq?

"Kommersant" xəbər verir ki, il ərzində rubl dollarla müqayisədə 8% düşüb. Bu, postsovet məkanında bir ilkdir və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticəsidir. İndi isə bütün nəzərlər çempionatdan sonra rublun kursunda hansı dəyişikliyin baş verəcəyinə yönəlib. Hazırda rus valyutasının vəziyyəti stabildir.

16 iyulda baş tutacaq Putin və Trump görüşü bütün sualları cavablandıracaq. Tərəflər iki dövlət arasındakı münasibətləri müzakirə edəcək. Əgər gözlənilən nəticə əldə olunarsa, risklər bitəcək, Amerikanın rubla, ümumən Rusiya iqtisadiyyatını davamlı təzyiqi sona çatacaq.