USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən varlı fransızın adı açıqlandı - SƏRVƏTİN MƏBLƏĞİ

05.07.2018 İqtisadiyyat
0 0
Fransızların sərvətinin miqdarı bəlli olub.

"Kommersant" xəbər verir ki, Fransa ölkənin ən zəngin 500 iş adamının sərvəti son 10 ildə 3 dəfə artaraq 650 milyard avroya çatıb. Bununla da avro milyarderləri ilk dəfə yüzü keçib.

Jurnalın saytında yayımlanan hesabata görə, ölkədəki ən varlı 500 iş adamının sərvəti 2018-ci ildə ötən illə müqayisədə 13% artaraq son 10 ilin rekord həddinə çatıb.

Siyahıda ilk yeri LVMH'nin sahibi Bernard Arnault tutub. Milyarderin 73,2 milyard avro məbləğində sərvəti var. Qeyd edək ki, bu məbləğ ötən il 46,9 milyard avro olub.

Sözügedən siyahıda yer alan adların əksəriyyəti geyim və kosmetika məhsullarının istehsalçılarıdır.