USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəsmi milyonçu sayılan 9 azərbaycanlı - ADLAR

05.07.2018 İqtisadiyyat
43 13
Fransada ölkədəki ən varlı 500 iş adamının sərvətinin son 10 ildə üç dəfə artaraq 650 milyard avroya çatdığı bildirilib.

Ən varlılar siyahısının ilk 10-dakı iş adamlarından 6-sı lüks mallar və kosmetika sektorunda fəaliyyət göstərir və zənginlər siyahısına düşmək üçün ən azı 140 milyon avro sərvətə malik olmaq tələb olunur.

Azərbaycanda rəsmi milyonçu statusu daşıyan şəxs yoxdur. Ancaq həmyerlilərimizdən bu statusa sahib olan insanlar var ki, onlar da xaricdə yaşayırlar.

Maraq üçün bildirək ki, Azərbaycanda qeyri-rəsmi milyonçuların olması ilə bağlı illərdir ki, müxtəlif fikirlər səslənir. Biz onları milyonçu kimi çağırmasaq belə, "varlı iş adamı" kimi tanıyırıq.

Xarici ölkələrdə yaşayan azərbaycanlı rəsmi milyonçulardan 9 nəfərinin siyahısını təqdim edirik:

1. Araz Ağalarov - İqtisad elmləri doktoru. Qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti;

2. Fərhad Əhmədov - Azərbaycanda doğulmuş rusiyalı iş adamı, AZNAR şirkətinin rəhbəri, Rusiya milyarderi;

3. İlham Rəhimov - "Forbes" jurnalında adı olan azərbaycanlı iş adamı və Putinin yaxın silahdaşıdır. Həmçinin azərbaycanlı milyarderlər sırasındadır;

4. Mübariz Mənsimov - Azərbaycanda doğulmuş Türkiyəli iş adamı, "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidenti;

5. Qod Nisanov - Quba rayonunda, Qırmızı qəsəbəsində anadan olan iş adamı Rusiyanın və Avropanın ən böyük meyvə-tərəvəz bazası "Food City"-nin sahibidir, "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir;

6. Söyün Sadıqov - İqtisad elmləri namizədi, biznesmen. Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti;

7. Telman İsmayılov - Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi. Moskvadakı Çerkizov bazarının keçmiş sahibi iş adamı Telman İsmayılov iflasa uğraması barədə Moskva vilayəti Arbitraj məhkəməsinə ərizə ilə müraciət edib;

8. Vahid Ələkbərov - Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoil" neft şirkətinin prezidenti;

9. Zarah İliyev - Rusiyada fəaliyyət göstərən iş adamı. Qubada, Qırmızı qəsəbəsində anadan olub.

  • Əvvəlki

    Sərnişinlərin şikayətləri təmin olundu - BAKI NƏQLİYYAT AGENTLİYİ MƏLUMAT YAYDI

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0