USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran iki alman diplomatı ölkədən çıxarıb

01.03.2023 Siyasət
20 0
İran iki alman diplomatı Tehranın daxili işlərinə qarışdığına görə ölkədən çıxarıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bildirib ki, İran Berlinin Tehranın daxili işlərinə qarışmasına görə iki alman diplomatını persona non-qrata elan edib.

Persona non qrata (latınca persona non grata - arzuolunmaz şəxs) - diplomatik praktikada qəbul edən ölkənin hakimiyyət orqanları tərəfindən arzuolunmaz şəxs kimi elan edilən diplomat mənasına gəlir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Kənani Almaniya hökumətinin İslam Respublikasının daxili, xüsusən də məhkəmə işlərinə müdaxilə etmək üçün müdaxiləçi və məsuliyyətsiz hərəkətlərindən narahatlıqlarını ifadə edib.