USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz bu işləri neftin hesabına görmüşük" - İlham Şaban

04.04.2023 İqtisadiyyat
26 5
Rusiya da daxil olmaqla OPEC müttəfiqləri bazar günü neft hasilatının gündəlik 3,66 milyon barel və ya qlobal tələbatın 3,7% azaldılması barədə razılığa gəliblər. Gözlənilməz qərar nəticəsində "Brent" markalı neftin bir barelinin qiyməti 5 dollar bahalaşaraq 85 dolları ötüb. Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74.0 dollaradək azalmışdı. Bəs bu qərar Azərbaycan neftinin qiymətinə necə təsir edəcək?

Kommersant.az məsələni Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə edib. Ekspertin sözlərinə görə, dünyada neftin qiyməti qalxırsa, Azərbaycan nefti də buna uyğun olaraq bahalaşır. Lakin bizim neftin qiyməti dünya birjasında təyin edilmir:

"Azərbaycan neftinin qiyməti terminalda alıcı və satıcı arasında həmin gün “Brent” markalı neftin qiymətinə və neftə olan tələbata uyğun təyin edilir. Elə olur ki, “Brent” markalı neftdən 2 dollar, elə də olur 10 sent baha olur. Bu tələbatdan asılıdır”.

Neftin qiyməti ötən həftə 79 dollar idi, indi isə 85 dolları keçib. Bu bizə nə verəcək?

Ekspert bildirib ki, Azərbaycan hazırda bazara gündəlik olaraq kondenstla birlikdə 600 min bareldən bir qədər çox neft çıxarır:

"Əgər dünən nefti tutaq ki, neft 79 deyil, 80 dollara, bir dollar bahasına satmışıqsa, bu o deməkdir, satdığımız əlavə 600 min dollar gəlir əldə etmişik. Qeyd edim ki, 2020-ci ildən sonra neftin orta ixracı 40 dollardan baha idisə, 2021-ci ildə 71 dollar olub. 2022-ci ildə 103 dollar oldu”.

İlham Şaban neft pullarının xərclənməsindən də danışıb:

"Kim deyirsə neftin pulundan bizə bir dollar da çatmayıb, o insanlara demək istəyirəm ki, 2020-ci il zəfərindən sonra Qarabağda görülən qruculuq işləri neft qiymətlərinin artması şəraitində baş verib:

"Bunu borc və ya insanların vergilərinin artırılması hesabına etmək olardı. Amma neftin qiymətlərinin bahalaşması bu işlərin görülməsinə səbəb oldu. Neftin istər həyatımıza, istər də iqtisadiyyatımıza təsiri və qarşımızda duran strateji məsələlərin həllində onun rolu böyükdür”.

Bu müvafiq qərarın neft hasilatımıza da təsirindən danışan İlham Şaban bildirib ki, Azərbaycan neftinin hasilatı 2010-cu ilin üçüncü rübündən azalıb:

"Pik dövrünü keçərək, o zamandan bu günə 2.1 dəfə azalıb. Bundan sonra da kommersiya baxımından neftin çıxarılması sərfəli olmayana qədər də azala-azala gedəcək".

  • Əvvəlki

    İnam Kərimov Ali Məhkəmənin sədri təyin edildi - SƏRƏNCAM

Digər xəbərlər