USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı və Çin təmiz hidrogen enerjisi ilə bağlı razılığa gəliblər

12.04.2023 İqtisadiyyat
14 1
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən kabinet iclasında bir sıra qərarlar qəbul edilib.

Kommersant.az xəbər verir ki, bu çərçivədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında təmiz hidrogen enerjisi sahəsində əməkdaşlıq və iki ölkənin vergi idarələri arasında imzalanmış anlaşma memorandumu təsdiq edilib.

Səudiyyə Ərəbistanı kralı Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinə ölkəsi ilə Çin arasında kənd təsərrüfatı sahəsində anlaşma memorandumunun imzalanması ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verib.

Kral Salman həmçinin Energetika Nazirliyinə ölkəsi ilə Türkiyə arasında enerji sahəsində anlaşma memorandumunun imzalanması üçün danışıqlar aparmaq səlahiyyəti verib.

Görüşdə Səudiyyə Ərəbistanı ilə İranın 7 ildən sonra diplomatik əlaqələri bərpa etmə qərarı ilə bağlı inkişaflar və iki ölkə arasında diplomatik nümayəndəliklərin yenidən açılması ilə bağlı razılaşmalar müzakirə edilib.

  • Əvvəlki

    Aksiya keçirən həkimlər paytaxta yönəlib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0