USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda elektrik enerjisi istehsalı 7,7 faiz artıb

12.04.2023 İqtisadiyyat
23 12
2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı keçən ilin yanvar-mart aylarına nisbətən İES-lərdə 527,3 mln. kVt·st artaraq 7 387,4 mln. kVt·st, SES-lərdə 24,7 mln. kVt·st artaraq 277,9 mln. kVt·st, digər mənbələr üzrə isə 0,3 mln. kVt·st azalaraq 90,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 15,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

3 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 mln. kVt·st (İES-lərdə 6 781,1 mln. kVt·st, SES-lərdə 262,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 mln. kV·st (İES-lərdə 61,5 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st, Günəş ES-də 12,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 11,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 613,7 mln. kVt·st təşkil edib.

Ətraflı
2023

  • Əvvəlki

    Deputat sərhədlərin açılmasından danışdı: "Bununla bağlı müəyyən müzakirələr aparılır"

Digər xəbərlər

03.05.2024 İqtisadiyyat
“Apple”ın gəlirləri azalıb
0 0
02.05.2024 İqtisadiyyat
Uberə qarşı 10 milyard 145 milyonluq iddia
0 0