USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin valyuta bazarını sərbəst buraxacaq

17.04.2023 İqtisadiyyat
21 17
Valyuta məzənnələrini bir müddət sabit saxlamaq üçün birbaşa bazara müdaxilə edən Çin Xalq Bankı (PBOC) valyutaya müdaxilələrini mərhələli şəkildə aradan qaldırmağa hazırlaşır.

Kommersant.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) qubernatoru Yi Qang verdiyi açıqlamada, səlahiyyətlilərin bazara girişlərin miqdarını və tezliyini tədricən azaltmaqla valyuta müdaxiləsini mərhələli şəkildə dayandıra biləcəyini söylədi.

Yi, "Biz bir müddətdir məzənnəni sabit saxlamağa çalışırıq. Əgər bu sonsuza qədər davam etsə, o zaman deyə bilərəm ki, bir gün bazarlar mərkəzi bankı məğlub edəcək".