Bloomberg xəbərinə görə, xaricilər üçün TL-yə çıxışın dəyərini göstərən Londonda svop bazarında TL-də gecəlik faiz dərəcəsi yüzdə 191-ə yüksəlib.
Kommersant.az xəbər verir ki, Wall Street bankları da seçkilərin nəticəsindən asılı olmayaraq hökumətin bazara nəzarət etmək səylərini əsas gətirərək lirənin əhəmiyyətli dərəcədə zəifləməsi ehtimalına işarə etməyə başlayıb.
Son iki ildə kəskin dəyər itirən və rekord həddə çatan lirə bu gün günorta saatlarında dollar qarşısında 19,37-yə düşüb. Bloomberg-in tərtib etdiyi məlumatlara görə, lira-USD cütlüyünün bir gecəlik gəlirliliyi bazar ertəsi günü 191%-ə çatdığından, ofşor maliyyələşdirmənin dəyəri kəskin şəkildə artıb ki, bu da martın 21-dən bəri ən yüksək göstəricidir.
Xatırladaq ki, ötən həftə yayımlanan qeyddə JPMorgan analitikləri seçkilərdən sonra Dollar/TL-nin "artan volatilliyin ortasında" 25-ə qədər yüksələ biləcəyini bildiriblər.