ABŞ-ın Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın Qərbin neft qiymətlərinin yuxarı həddini aşması ehtimalını müəyyən edib.
Kommersant.az xəbər verir ki, söhbətin Moskvanın Sakit Okeandakı limanlardan istifadəsindən getdiyi aydınlaşır. Rəhbərliyin fikrincə, onların vasitəsilə ixrac olunan neft müəyyən edilmiş həddən yuxarı satıla bilər. Onlar həmçinin qeyd ediblər ki, bu proses amerikalı şəxslərin dəstəyi ilə həyata keçirilir.