USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin iqtisadiyyatı böyüdü

18.04.2023 İqtisadiyyat
33 9
Çin iqtisadiyyatı 2023-cü ilin birinci rübünü, COVID-19 tədbirlərinin qaldırıldığı və iqtisadiyyatın yenidən açıldığı zaman gözləntilərin üzərində bir artımla tamamladı. Çin Milli Statistika Bürosunun sözçüsü Fu Linqhui Çin iqtisadiyyatında artımın ikinci rübdə daha sürətli inkişaf edə biləcəyi mesajını verib.

Kommersant.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin birinci rübündə artım son 1 ilin ən yüksək səviyyəsində olub. Birinci rübdə Çin iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb. İqtisadçılar 4% artım gözləyirdilər. 2022-ci ilin son rübündə artım 2,9 faiz olub.

2023-cü ilin birinci rübündə ÜDM əvvəlki rüblə müqayisədə 2,2 faiz artıb.

ING-nin Çindəki baş iqtisadçısı İris Pang, bütün 2023-cü il üçün yüzdə 5,0 böyümə hədəfi təyin edən Çin hökumətinin bu hədəfə çatmaq üçün infrastruktur investisiyalarını sürətləndirməsi lazım olduğunu söylədi. İkinci rüb üçün ÜDM artım proqnozunu yüzdə 6,0 olaraq irəli sürən Pang, bütün 2023-cü il üçün böyümə proqnozunu yüzdə 5 olaraq saxladığını da ifadə etdi.