USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu qərar əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir edəcək” - Eldəniz Əmirov

19.04.2023 İqtisadiyyat
26 6
Nazirlər Kabinetinin qərarı ilə gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad edilir. 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Nazirlər Kabinetinin bu qərarı ölkəyə idxal olunan tropik meyvələrin qiymətlərinə necə təsir edəcək?

Kommersant.az mövzunu iqtisadçı Eldəniz Əmirovla müzakirə edib.

Eldəniz Əmirov bildirib ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsinin müsbət tərəfləri var:

"İnfilyasiya səbəbindən əhalinin alıcılıq qabiliyyəti elə də yuxarı səviyyədə deyil. Ona görə də bu meyvələrin gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək".

Qərarın mənfi və müsbət tərəflərini şərh edən ekspert bildirib ki, bəzi xırda nüanslar var və bunlar mənfi tərəf kimi qəbul edilə bilər:

“Məsələn, bunlardan biri yerli sahibkarların rəqabətdə güzəştli situasiyaya müqayisədə bir qədər uduzma ehtimalıdır. Amma nəzərə alaq ki, Azərbaycanda tropik meyvələr yetişdirlməsi o qədər çox deyil. Ona görə də hansısa ciddi bir zərərin olacağını düşünmürəm”.

Eldəniz Əmirov qeyd edib ki, digər məsələ azadolmaların büdcə gəlirlərinə təsiridir:

“Bu məhsulların idxalından əldə olunan vəsait də o qədər çox deyil ki, büdcəyə hansısa bir ciddi töhvə versin və vergidən azadolma bunu azlatsın. Sadaladığım hər iki mənfi tərəf çox az olduğundan, əvəzində bu meyvələrin əhali üçün əlçatan olmasına şərait yaradacaq”.

Eldəniz Əmirov əlavə olaraq bildirib ki, yeni qərarla gömrük rüsumundan 15 fazilik azad olmalalar 203 məhsulu əhatə və bunların əksəriyyəti 2023-cü il dekabrın 31-nə qədər gömrük rüsumundan azad olunmuşdu. Və qərar bu ilin fevral ayında verilmişdi. Bunların arasından 67 məhsul isə 5 faiz həcmində gömrük rüsumundan azad edilib.

  • Əvvəlki

    Rusiya Finlandiyaya nota göndərib

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0