USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Finlandiyaya nota göndərib

19.04.2023 Siyasət
14 10
Rusiya Finlandiyaya dövlət əmlakının toxunulmazlığı məsələsi ilə bağlı nota göndərib.

Kommersant.az xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyinə məhkəmə icraçılarının hərəkətlərinin Rusiyanın dövlət əmlakının toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normaları ilə necə əlaqəli olduğunun aydınlaşdırılması tələbi ilə nota göndərilib. Bu barədə Rusiyanın Helsinkidəki diplomatik nümayəndəliyindən bildirilib.

Çərşənbə axşamı Finlandiya paytaxtında torpaq sahəsinin və Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RXM) binasının, eləcə də yeddi mənzilin həbsi barədə məlumat yayılıb.