USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev sərəncam imzaladı

20.04.2023 İqtisadiyyat
43 6
Prezident İlham Əliyev Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.

Kommersant.az xəbər verir ki, Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Əvvəlki

    Kriptovalyuta bazarı "qaynayır": Bundan sonra nələr gözlənilir? - PROQNOZ

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0