USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil idxalında İyun rekordu

12.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 9588 ədəd nəqliyyat vasitəsi idxal olunub. Beləliklə, ilin birinci yarısında avtomobil idxalı 10 min ədədə yaxınlaşıb.

"Kommersant" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2017-ci ilin ilk 6 ayında Azərbaycanda 3 483 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

Cari ilin İyun ayında idxal edilmiş nəqliyyat vasitələrinin sayı 2294 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 7294 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İyundakı idxal bu il ən yüksək aylıq idxalıdır.

Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında minik avtomobillərinin idxalı 2971 ədəddən 8 485 ədədə qalxıb (2,8 dəfə artım).

Cari ilin İyun ayında idxal edilmiş minik avtomobillərinin sayı 2021 ədəd təşkil edib. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 6464 ədəd minik avtomobili idxal olunmuşdu.

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

İl 2018

Nəqliyyat vasitələrinin idxalı, ədəd

O cümlədən minik avtomobili idxalı, ədəd

Yanvar

986

908

Fevral

1079

959

Mart

1441

1291

Aprel

1804

1627

May

1984

1679

İyun

2294

2021