USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zeytun yağının qiyməti sürətlə yüksəldi

26.04.2023 İqtisadiyyat
3 0
Quraqlıq dünyanın ən böyük zeytun yağı istehsalçılarında məhsuldarlığı aşağı salıb. İspaniyada istehsal olunan zeytun yağı rekord qiymətə - 5,4 Avro/kq-a çatır.

Kommersant.az xəbər verir ki, İspaniyada yağıntıların qeyri-kafi olması dünyanın ən böyük zeytun yağı istehsalçısında məhsulu yarıya endirərək zeytun yağının qiymətlərini tarixi rekord səviyyələrə çatdırıb. İspan fermerləri normal olaraq qlobal zeytun yağı istehsalının yarısını həyata keçirirlər, lakin Financial Times-da çıxan xəbərə görə, ölkənin zeytun yağı istehsalı son 12 ayda yarı azalaraq 780.000 tona düşüb.

Zeytun yağının qiymətləri isə 2022-ci ilin iyun ayından etibarən İspaniyada və ümumilikdə Avropada quraqlıq dövrünə görə təxminən yüzdə 60 artaraq kiloqramı 5,4 Avroya çatdı.

  • Əvvəlki

    Prezident Ərdoğanın canlı yayımda halı pisləşib

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0