USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğanın canlı yayımda halı pisləşib

26.04.2023 Siyasət
14 1
Prezident Rəcəb Tayyib Ərdoğan bir televiziya kanalında sualları cavablandırarkən veriliş qəfildən “Allahım” səsləri ilə kəsilib. Fasilədən sonra veriliş bərpa olunub və Ərdoğan “mədəmdə ciddi nasazlıq var, tamaşaçılarımıza uğurlar arzulayıram” deyib.

Kommersant.az xəbər verir ki, prezident Ərdoğan Kanal 7 və Ülke TV-də canlı yayımına qatılıb. Saat 22:00-da başlayacağı açıqlanan yayım 23.30-da başlayıb. Ərdoğan canlı yayımda gündəmi dəyərləndirərkən yayım qəfil kəsilib.

Həmin vaxt sual verən Ülke TV-nin baş redaktoru Hasan Öztürk rejissoru “reklam” adlandıraraq ayağa qalxmağa çalışıb. Bu zaman “vay vay” səsi ekrana əks olunub və kameralar Ərdoğanı göstərməmiş proqram kəsilib.

Təxminən 20 dəqiqəlik fasilədən sonra proqram davam etdirilib.

Xəstəliyi ilə bağlı Ərdoğan “Əvvəla, təbii ki, sizə uğurlar diləyirəm. Dünən və bu gün gərgin təşviqat işləri var idi. Bu kampaniya işinə görə ciddi soyuqlamışam. Hətta düşündüm ki, proqramı bir müddət ləğv etsək, səhv başa düşüləcək. Təbii ki, bu gərgin prosesdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizə və izləyicilərimizə uğurlar arzulayıram”, dedi.