USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkmən qazı İran vasitəsi ilə Avropaya nəql oluna bilər? - ŞƏRH

27.04.2023 İqtisadiyyat
13 3
"Türkmən qazının İran vasitəsi ilə Avropaya nəql olunması ən sonuncu variant ola bilər. Yəni bütün variantlar istisna olsa, bu variant reallaşa bilər".

Kommersant.az xəbər verir ki, bunu iqtisatçı Fuad İbrahimov "Türkmənistan qazının Avropaya nəqlinin İran vasitəsi ilə həyata keçirilə bilərmi" sualına cavab verərkən deyib.

İqtisadçı qeyd edib ki, Türkmənistan qazının İran vasitəsi ilə nəqli Azərbaycan üzərindən keçən yol ilə müqayisə olunası deyil. Türkmənistan qazının Transxəzər xətti ilə Avropaya çatdırılması ən əlverişli variantdır:

“Bu həm yolun kifayət qısalması ilə bağlıdır, eyni zamanda da Azərbaycan ərazisindən artıq kifayət qədər kommunikasiyalar çəkilib, yəni hazırda icra mexanizmi olan infrastruktur var”.

Fuad İbrahimov qeyd edib ki, burada İranın siyasi baxışları ilə bağlı qoyulan qadağalar da var:

“1979-cu il İslam İnqalıbından sonra İrana tətbiq olunan sanksiyalar son illər onların nüvə siyasəti, Rusiya ilə əməkdaşlıqla bağlı daha çox artdı. İran bu gün regionda ən təhlükəli dövlətlərdən biridir. Bu vəziyyətdə Türkmənistan belə riskli xəttin çəkilməsinə getməz. İkincisi isə türk dövlətləri təşkilatının üzvü olan Türkmənistan bu layihəni rahatlıqla Xəzər dənizi vasitəsi ilə həyata keçirə bilər.

TransXəzər xətttinin çəkilməsində belə bir məsələ var ki, Xəzər hövzəsində yerləşən beş ölkənin də buna razılığı olmalıdır. Xəzər dənizinin müəyyən bir hissəsi bu ölkələrin hər birinin vahid fikrindən sonra istifadə oluna bilər. Yalnız çətinlik bundan ibarət ola bilər. Düşünürəm ki, bu da həll oluna biləsi bir məsələdir".

"Azərbaycan və türkmən qazının Avropaya ixracı Rusiya qazına alternativ ola bilərmi" sualına cavab olaraq Fuad İbrahimov bildirib ki, bu qazlar Rusiya qazına alternativ ola bilməz:

"Avropanın qaz istehlak həcmi illik təxminən 500 milyard kubmetrdir. Rusiya-Ukrayna münaqişəsi başlayana qədər Rusiya Avropanın istehlak etdiyi qazın təxminən 40 fazini qarşılayırdı. Bundan sonra Avropanın qaz la təmin edən ölkələr arasında Norveç və Əlcazair dayanırdı. TANAP xətti istifadəyə verildikdə Azərbyacanın Avropaya ixrac etdiyi qazın həcmi 10 milyard kubmetr idi. Biz mövcud vəziyyətdə qaz ixracını artırsaq, bu Avropanın 4 fazinin təmin olunması deməkdir. Bundan əlavə Türkmənistan qazını da bura əlavə etsək, kəmərin buraxılış həddini artırmalıyıq. Yəni daha çox texniki məsələlər həll olunmalıdır. Belə olduğu halda Avropanın isteklak gücünün 10 faizinə qədərinə 5-6 ildə yiyələnmək ola bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa bəzi ölkələrin qaz istehlakını qarşılayır. Yəni coğrafi məkan olaraq kifatə qədər ərazi deməkdir bu”.