USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalandı

28.04.2023 Siyasət
11 2
Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tviterdə yazıb.

Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək.