USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əl yandıran turizm qiymətləri - İqtisadçı səbəbləri açıqlayır

04.05.2023 İqtisadiyyat
11 15
“Dövlət orqanlarınınn qiymət qoyma mexanizminə müdaxilə etmək imkanları yoxdur. Azərbaycanda formal da olsa bazar iqtisadiyyatı olduğu üçün qiymətlər sərbəsdir və doğru olan da budur.

Bu sözləri Kommersant.az-a iqtisadçı Natiq Cəfərli Azərbaycanda kafe, restoran, istirahət mərkəzlərində xarici turistlərə təklif edilən xidmətlərin qiymətinin yüksək olma səbəblərindən danışarkən deyib.

İqtisadçı qeyd edib ki, normal iqtisadi rəqabət mühiti olsa idi, bu prinsip daha yaxşı nəticələrə səbəb olardı:
“Burada sahibkarın yeganə öhdəliyi əldə etdiyi qazancdan normal vergi verməsidir. Əgər sahibkar gəlirindən düzgün şəkildə vergi verirsə,sahibkarın təyin etdiyi qiymətə qarışmaq mexanizmi yoxdur”.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda turizmə, turistlərə münasibət məsələsi bir çox vaxtda belə neqativ halların yaranmasına səbəb olur:

“ Bu da ondan irəli gəlir ki, Azərbaycan da hələ turizm ənənələri formalaşmayıb.
Bizdə obyekt sahibləri, turistə xidmət göstərən şəxslər turistlərin bir daha gələ biləcəyi haqqında düşünmürlər. Onlar həmin turistlərdən maksimal qazanc əldə etmək haqqında düşünürlər. Bu da yalnışdır. Belə hal zaman-zaman bir çox ölkələrdə görülüb. Məsələn İtaliyada 50-60-cı illərdə baş verən bu hallar haqqında hətta filmlər də çəkilib. Ancaq zaman keçdikcə, əhali biznesə öyrəndikcə, anladıqca turizm daimidir və bu daimi gəlir mənbəyi ola bilər. Azərbaycanda isə bunun hamısı üçün rəqabətli mühitin və iqtisadi mexanizmlərin genişləndirilməsinə ehtiyac var”.

Ekspert düşünür ki, burada müəyyən təşviqlərə də ehtiyac var:

“Sahibkarlara turizmin önəmi, daimi mənbəyə çevriləcəyi haqqında müəyyən məlumatlar daim olaraq verilməlidir. Bu media vasitəsi ilə, müəyyən treninqlər keçirilə bilər və s ki, bu sahibkarlar həmin sahənin daimi olacağını anlasınlar.

Həmsöhbətimiz qeyd edib ki, burada daha bir məsələ ondan ibarətdir ki, bizdə turizm prioritet elan olunsa da, turizmlə bağlı bir konsepsiyanın olduğunu görmürük:

“Məsələn, turizmi inkişaf etdirmək istəyən insan quru sərhədləri bağla saxlamaz. Quru sərhədlərin açılması turizmə dəstək verə bilər. Sahibkar düşünür ki, təyyarə ilə gələn turistin pulu çoxdur, ondan nə qaədər qazana bilirmsə qazanım. Sahibkar bu turistin növbəti dəfə onun obyektinə gəlib-gəlməyəcəyini heç düşünmür. Bütün bu kompleks yanaşma ortalıqda olmalıdır ki, bütün bu xoşagəlməz situasiyalar nətcə etibarı ilə qarşımıza çıxmasın”.

  • Əvvəlki

    AccessBank beynəlxalq investisiya şirkəti ilə müqavilə imzaladı

Digər xəbərlər