USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı aqroparklara indiyədək 2,4 milyard manat investisiya qoyulub

08.12.2025 İqtisadiyyat
0 0
Yaradılmış 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb.

Kommersant.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

"Aqroparklar cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir. Yaradılmış 53 aqroparka indiyədək 2,4 milyard manat civarında investisiya qoyuluşu reallaşıb. Müxtəlif dəstək alətlərinin, dövlət dəstəyinin həcmi 690 milyon manat olub. Bir növ xarici ticarətin artımında güzəştlər, dəstək mexanizmləri öz müsbət təsirini göstərib", - o bildirib.

  • Əvvəlki

    Prezidentin köməkçisi: Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb

Digər xəbərlər