USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metroda qatarlar bu səbəbdən dayandırılır - AÇIQLAMA

08.12.2025 İqtisadiyyat
0 0
"Müəyyən stansiyada qatarın dayanıb sərnişinlərin endirilməsi uzun illərdir qəbul olunmuş adi praktikadır. Bu, yalnız nəqliyyatın normal fəaliyyəti üçün deyil, həm də sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədini daşıyan texniki qaydadır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, qaydalar hər bir sərnişinin təhlükəsiz şəkildə qatara minməsi və düşməsini təmin edir, həmçinin vaqonların hərəkəti zamanı mümkün riskləri minimuma endirir:

"Bu praktikaya əməl olunması həm sərnişinlərin, həm də dəmiryolu əməkdaşlarının təhlükəsizliyi üçün vacibdir. Müntəzəm olaraq tətbiq olunan bu prosedurlar dəmiryolu xidmətlərinin etibarlılığını artırır və qatarların cədvəllərə uyğun hərəkətini təmin edir. Beləliklə, sərnişinlər həm rahat, həm də təhlükəsiz səyahət edə bilirlər".

Qeyd edək ki, ötən gün metroda qatarın nasazlığı səbəbindən sərnişinlər vaqondan endirilib və qatar texniki baxış üçün depoya göndərilib.