USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerikalılar iqtisadiyyatın rəhbərlərinə etibar etmir

11.05.2023 İqtisadiyyat
21 2
Yüksək inflyasiya və tənəzzüllə bağlı narahatlıqlar Ağ Ev, Federal Ehtiyat Sistemi və Xəzinədarlıq Departamentinə dəstəyi darmadağın edib. Son sorğuya görə, iqtisadiyyata gəldikdə ictimaiyyət artıq Bayden Powell-Yelen üçlüyünə etibar etmir. Üstəlik, FED sədri Powell üçün dəstək son 20 ilin ən aşağı həddə çatıb.

Kommersant.az xəbər verir ki, iqtisadiyyatla bağlı ilk hərtərəfli ictimai rəy sorğusu pandemiyadan sonra ABŞ-da keçirilib. Bununla belə, nəticə Amerika iqtisadiyyatının bosslarını o qədər də sevindirməyib. Gallup-un sorğusuna görə, “Prezident Co Bayden iqtisadiyyat üçün yaxşı işlər görüb” deyənlərin nisbəti 35 faizi keçməyib.

Bu qədər aşağı dəstək alan sonuncu prezident 2008-ci ildə qlobal bank böhranı zamanı ölkəyə rəhbərlik edən Corc Buş olub. Bayden üçün digər pis nəticə isə respondentlərin 48 faizinin “İqtisadiyyata gəldikdə ona etibar etmirəm” deməsi olub.

1980-ci illərdən bəri inflyasiyaya qarşı ən aqressiv faiz siyasətini həyata keçirən Federal Ehtiyat Sisteminin sədri Jerome Powell də Gallup sorğusunda uğursuzluğa düçar olub. Amerikalıların yalnız 36 faizi Pauellin iqtisadi qərarlarına “tam” və “əsasən” etibar etdiklərini bildirib.

  • Əvvəlki

    “Bu populist çıxışdan başqa heç nə deyil” - İqtisadçı Kılıçdaroğlunun layihəsini şərh edir

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0