USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baydenin "resessiya" xəbərdarlığı

11.05.2023 İqtisadiyyat
42 19
ABŞ prezidenti Bayden borc tavanının artırılması təklifinin dəstəklənməyəcəyi təqdirdə tənəzzül olacağı barədə xəbərdarlıq edib.

Kommersant.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konqresin Respublikaçı üzvlərinə xəbərdarlıq edib. Belə ki, prezident bildirib ki, onun borc tavanı ilə bağlı təklifini dəstəkləməsələr, ABŞ iqtisadiyyatının tənəzzülə uğraması riski var.

Bayden respublikaçıları 31,4 trilyon dollarlıq federal borc tavanını yüksəltmək üçün tez hərəkət etməyə çağıraraq, bunun edilmədiyi təqdirdə ABŞ iqtisadiyyatının minlərlə iş yerinin itirilməsi ilə nəticələnəcək tənəzzül riski ilə üzləşəcəyini söylədi.

Westchester Community College-də keçirilən tədbirdə çıxış edən prezident Bayden, defolt halında ABŞ iqtisadiyyatının pandemiyadan sonrakı səviyyələrinin zədələnəcəyi ilə bağlı xəbərdarlıq edib, eyni zamanda respublikaçıların qarşısını alacağı təqdirdə həyata keçirilməyəcək proqramları sadalayıb.