USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçılar FED-in uçot dərəcəsinin azaldılması gözləntilərini təxirə salır

22.05.2023 İqtisadiyyat
35 7
Milli Biznes İqtisadiyyatı Assosiasiyasının (NABE) sorğusuna əsasən, iqtisadçılar FED-dən ilk faiz endirimi ilə bağlı gözləntilərini təxirə salıblar.

Kommersant.az xəbər verir ki, inflyasiya və əmək bazarının sıxlığı ilə bağlı proqnozlarını yüksəldən iqtisadçılar, FED-in ilk faiz endirimini 2024-cü ilin ilk rübündə edəcəyini proqnozlaşdırıb. Xatırladaq ki, fevral ayında aparılan sorğuda ilk faiz endiriminin 2023-cü ilin son rübündə olacağı söylənib.

NABE-nin may ayı sorğusu FED-in gecəlik faiz dərəcəsinin 5.0-5.25 faiz səviyyəsində zirvəyə çatacağı proqnozunu qoruyub. Lakin iqtisadçılar ABŞ iqtisadiyyatının tənəzzülə düçar olub-olmayacağı ilə bağlı fikir ayrılığına düşmüşdü. Bununla belə, median gözlənti ABŞ iqtisadiyyatının 2022-ci ilin son rübü ilə 2023-cü ilin son rübü arasında 0,4 faiz artacağı idi.

Respondentlər eyni dövrdə ABŞ-da istehlak qiymətlərinin 3,3 faiz olacağını proqnozlaşdırıblar. Fevral sorğusunda gözlənti yüzdə 3.0 idi.

Məşğulluq bazarı ilə bağlı gözləntilərini də yuxarıya doğru revize edən iqtisadçılar, aylıq orta məşğulluq artımı gözləmələrini 102 mindən 142 minə yüksəldiblər. 2023-cü il üçün orta işsizlik səviyyəsi gözləntisini 3,9 faizdən 3,7 faizə endirdi.

  • Əvvəlki

    Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşü - BAŞLADI

Digər xəbərlər