USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Rus almazı təqibində

22.05.2023 İqtisadiyyat
29 5
Dünyanın ən böyük almaz istehsalçısı olan Rusiyanın illik 4,7 milyard dollarlıq almaz ixracatını yeni sanksiyalarla vurmağı hədəfləyən Avropa, həmçinin almazın mənşə ölkəsini göstərən bir izləmə sistemi yaratmağın yollarını axtarır.

Kommersant.az xəbər verir ki, 2003-cü ildə münaqişəli almazların istifadəsinin qarşısını almaq üçün beynəlxalq forum kimi yaradılmış Kimberley Prosesinin (KP) məlumatlarından toplanan informasiyaya görə, 2021-ci ildə dünyada 118,7 milyon karat xam almaz istehsal edilib.

Bu məbləğin 39,1 milyon karatını istehsal edən Rusiya yüzdə 33 payla dünyanın ən böyük xam almaz istehsalçısı olub. Rusiya istehsalının 90 faizini təmin edən Alrosa şirkəti hazırda Kanada, Böyük Britaniya, ABŞ, Yeni Zelandiya və Baham adalarının sanksiyalarına məruz qalır.

Ölkələrin xam almaz istehsalı xərcləri fərqli olsa da, 2021-ci ildə ümumi istehsalın iqtisadi ekvivalenti 12,9 milyard dollar təşkil edib. Bununla belə, xam almazın iqtisadi dəyəri istifadə edildiyi sektorlara, xüsusən də zərgərliyə görə artır.

  • Əvvəlki

    Gözlər Türkiyə Mərkəzi Bankında

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0