USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple Broadcom ilə müqavilə imzaladı

24.05.2023 İqtisadiyyat
31 2
ABŞ-ın texnologiya nəhəngi Apple, ölkədə istehsal olunan komponentlər üçün Broadcom ilə çoxillik, böyük məbləğdə müqavilə imzaladığını açıqladı.

Kommersant.az xəbər verir ki, Apple-dan verilən açıqlamada bildirildi ki, müqavilə çərçivəsində Broadcom 5G radiotezliyi komponentləri və FBAR filtrləri də daxil olmaqla ən müasir simsiz əlaqə komponentləri hazırlayacaq.

Açıqlamada, FBAR filtrlərinin Amerikanın bir neçə əsas istehsal və texnologiya mərkəzlərində layihələndiriləcəyi və hazırlanacağı və Apple-ın hazırda Broadcom-un Fort Collins FBAR filtr istehsal müəssisəsində 1100-dən çox işi dəstəkləməyə kömək etdiyi bildirilib.

Açıqlamada, 5G texnologiyasının gələcək nəsil istehlakçı elektronikasının gələcəyini formalaşdırdığı və Apple-ın ABŞ-da bu sahəni inkişaf etdirmək üçün on milyardlarla dollar xərclədiyi vurğulanarkən, bu investisiyaların şirkətin öhdəliyinin bir hissəsi olduğu ifadə edilib.