USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək

05.06.2023 İqtisadiyyat
44 17
Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir.

Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.