USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Parlament şikayətləri həll edən yerdir” - İqtisadçı

05.06.2023 İqtisadiyyat
34 16
“Parlament şikayət edilən yer deyil, şikayətləri həll edən yerdir. Parlamentdə bu tipli müzakirələrin olması normaldır, amma qərara bağlanmamsı da təəccüb doğurur”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deputat Əli Məsimlinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanda inflyasiya törədən amillər haqqında danışarkən səsləndiridiyi fikirləri şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, infilyasiyanın qarşısının alınmasının bir neçə yolu var:

"Rəqabət Məcəlləsi” qəbul edilsin, Milli Məclisin deputatları idxal infilyasiyasından narazıdırlarsa, idxal və gömrük rüsumlarını aşağı salsınlar, əlavə dəyər vergisini azaltsınlar”.

Natiq Cəfərli deputatlarıın Milli Məclisdə kimə şikayət etdiyini anlamadığını bildirib:

"Milli Məclisin deputatları kimə şikayət edir? Biz hökumətə, parlamentə şikayət edirik ki, qanunlar qəbul etsin və o qanunlara görə Azərbaycanda azad və rəqabətli bazar iqtisadiyyatı modeli təsis olunsun”.

"Rəqabət Məcəlləsi”nin qəbulunun gecikməsindən danışan Natiq Cəfərli qeyd edib ki, onun qəbul olunmasında maraqlı qrupları var:

"Ölkədə inhisarçılığa meyilli böyük şirkətlər daha çox müxtəlif məmurlarla bağlıdır. Onların da maraq qrupları, onları təmsil edən deputatlar var. Və buna görə də bu qanunun qəbul edilməsində maneələr yaradılır. Çünki bu məsələ onların əlindədir. Əgər belə problem varsa, Azərbaycanın indiki qanunvericiliyinə görə Milli Məclisin hətta 64 üzvü səs versə, istənilən qanunu qəbul etmək olar.

2008-ci ildə birinci oxunuşda qəbul edilən, lakin hələ də arxivlərdə qalan “Rəqabət Məcəlləsi” qəbul edilsin. Bu qanunun birinci oxunuşda qəbul edilməsindən 15 ildən çox vaxt keçsə də, qanun hələ də Milli Məclisin arxivindədir. Mən dünya təcrübəsində belə bir şeyə rast gəlməmişəm. Bu bir rekorddur”.

  • Əvvəlki

    Beynəlxalq Avtovağzala sözçü təyin edilib

Digər xəbərlər

13.05.2024 İqtisadiyyat
Yapon Yeninin taleyi FED-in əlindədirmi?
0 0
13.05.2024 İqtisadiyyat
Çinin avtomobil ixracı 34 faiz artıb
0 0
13.05.2024 İqtisadiyyat
Neftin qiyməti qalxır
0 0