USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il Bakı Fond Birjasında 45 qiymətli kağız yerləşdirilib

09.06.2023 İqtisadiyyat
22 0
Ötən il Bakı Fond Birjasında (BFB) 45 uğurlu yerləşdirmə həyata keçirilib.

Kommersant.az cümə günü xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev deyib.

"Bu mühüm nailiyyət şirkətlərin BFB tərəfindən təqdim edilən mütəşəkkil bazara artmaqda olan marağını vurğulayır", - o deyib.

E.Abdullayev qeyd edib ki, bu yerləşdirmələr yüksək listinq və tənzimləmə standartlarına riayət edən BFB-nin fəaliyyətinin şəffaflığı və effektivliyi sayəsində mümkün olub.

"Fəxr edirik ki, ötən il birjamız 45 uğurlu qiymətli kağız yerləşdirilməsini təşkil etməyə nail olub. Bu, şirkətlərin və investorların platformamıza göstərdikləri etimaddan xəbər verir. Biz emitentlərin öz inkişafları üçün lazımi kapitalı cəlb etməsinə, investorların isə perspektiv investisiya imkanları tapmasına imkan verəcək şərait yaratmağa çalışırıq", - o deyib.

  • Əvvəlki

    Qiymətləri yüksək təyin elə, hələ bir ziyanla da işlə - AZAL ilə bağlı tənqid

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0