USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat Cavanşir Feyziyevin şirkəti növbəti dəfə - CƏRİMƏLƏNDİ

09.06.2023 Siyasət
7 41
Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə növbəti dəfə cərimə protokolu yazılıb.

Kommersant.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasınına bu gün baxılacaq.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni xətai il bağlı cərimə protokolu yazılıb.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.