USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qiymətləri yüksək təyin elə, hələ bir ziyanla da işlə - AZAL ilə bağlı tənqid

09.06.2023 Digər
3 8
“Baxmayaraq ki, məsafə fərqi cəmi 68 km-dir, Tibilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ 150 manat da cibində qalar”.

Kommersant.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aviabilet qiymətlərindəki kəskin fərqi tənqid edib:

Hər bir mal və xidmət kimi təyyarə biletlərinin qiymətinin formalaşması üçün öz hesablama qaydası və məntiqi var: Uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, təlabat və s. – bütün bunlar qiyməti formalaşdıran amillərdir. Lakin ən əsası uçuş məsafəsi və yanacaq sərfidir. Çünki təyyarə ekipajı eyni, maaşlar eyni, çəkilən xərc eyni olur.

Məsələn, 23-29 iyun tarixlərində Tibilisiyə normal uçuş qrafikində və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var. Eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tibilisiyə hava yolu məsafəsi isə 448 km-dir. Hava yolu məsafələri arasında cəmi 68 km məsafə var ki, bu da fərq yoxdur anlamına gəlir.

Necə ola bilər ki, cəmi 68 km məsafəyə görə bilet qiymətində fərq 2,5 dəfəyə yaxın olsun? Qiymətlər arasında fərq 383 manatdır. Yəni, Tibilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ 150 manat da cibində qalar. Bu vəsaitlə də 2-3 gün Aktauda yemək xərcləririni də ödəyə bilərsən”.

“İndi AZAL-dan deyilə bilər ki, Tibilisiyə təlabat çoxdur deyə qiyməti də yüksəkdir. Bu o zaman keçərli arqument olardı ki, həmin iqtiqamətə AZAL-BUTA-dan başqa 2-3 ayrı şirkət də uçardı, tələb qarşılanar, qiymətlər də düşərdi. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə”, - deyə N. Cəfərli vurğulayıb.